Gürcüstandan Azərbaycana aksiz markasız siqaretin gətirilməsinin qarşısını alıb (FOTO)


Digərləri 10 Apr 2019 15:36:31 224 0

Gürcüstandan Azərbaycana aksiz markasız siqaretin gətirilməsinin qarşısını alıb (FOTO)

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 800 ədəd "King" markalı siqaretlər aşkarlanıb.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə "VAZ-21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu barədə məlumat daxil olub və məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil nəzarətə götürüb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik maşını Qazax - Gəncə istiqamətində hərəkət edən zaman saxlanılıb və gömrük baxışı keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə aparılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 800 ədəd "King" markalı siqaretlər aşkarlanıb.