10 milyonuncu sakin necə seçilib?


Digərləri 10 Apr 2019 15:25:00 238 0

10 milyonuncu sakin necə seçilib?

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğuldu. Respublikanın hər yerində böyük coşqu ilə qeyd edilən əlamətdar hadisə həm də bəzi suallar doğurur.

Məsələn, 10 milyonuncu vətəndaşın seçim prosesi necə olub?

Son.az xəbər verir ki, modern.az bu və digər sualları Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimovaünvanlayıb:

- Rauf müəllim, hazırda əksəriyyəti maraqlandıran sual budur: necə oldu ki, Azərbaycanın 10 milyonuncu vətəndaşının məhz 2019-cu il aprelin 6-da saat 03:30-da Respublika Perinatal Mərkəzində dünyaya gələn körpə olduğu müəyyənləşdi?

- Bəli, aprel ayının 6-da ölkəmizin 10 milyonuncu sakini doğuldu. Bu, hamını sevindirən tarixi hadisədir. Qeyd edim ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin apardığı cari uçot məlumatları əsasında əldə olunur.

- Cari uçot dedikdə nə nəzərdə tutulur?

- Bunlar əhalinin sonuncu siyahıyaalınması məlumatları əsasında hazırlanır. Həmin rəqəmlərin üzərinə hər il ölkədə doğulan və ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı toplanır. Həmin rəqəmdən ölənlərin və ölkədən gedənlərin sayı çıxıldıqdan sonra yekun rəqəm alınır. Hər ayın 12-dək Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq məlumatlar toplanaraq bizə ötürülür və Komitədə emal edilir. Cari uçot əsasında hər ayın 1-i vəziyyətinə əhalinin sayını açıqlayırıq.

- O zaman təhlillər zamanı Azərbaycan vətəndaşlarının sayının 10 milyona yaxınlaşdığı sizə əvvəlcədən məlum olub...