Şahmar Mövsümov Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi barədə (ÖZƏL)


Digərləri 10 Apr 2019 15:18:00 215 0

Şahmar Mövsümov Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi barədə (ÖZƏL)

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin ikinci yarısında yeni biznes strategiyasının reallaşdırılmasına başlamağı planlaşdırır

Bakı. Azad Həsənli - Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin ikinci yarısında yeni biznes strategiyasının reallaşdırılmasına başlamağı planlaşdırır. Bunu Trend-ə Dövlət Neft Fondunun icraçı direktoru, ABB Müşahidə Şurasının sədri Şahmar Mövsümov deyib. O bildirib ki, hazırda strategiyanın hazırlanması üzrə işlər davam edir: “Sənəd hazırlandıqdan və bankın müfaviq orqanları tərəfindən təsdiq olunduqdan sonra strategiyanın reallaşdırılmasına bu ilin ikinci yarısında başlanılacaq”.