“İlahiyyatçı” qəzetinin mart buraxılışı nəşr olunub


Digərləri 10 Apr 2019 14:45:34 172 0

“İlahiyyatçı” qəzetinin mart buraxılışı nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin mart buraxılışı çap olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin mart buraxılışı çap olunub. Aİİ-dən Trend-ə verilən məlumata görə, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə göndərdiyi təbrik məktubu yer alıb. Qəzetin ikinci səhifəsində “Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki” dərc olunub.