Komitə sədri: Yataqxanada baş verən yanğın qəsdən törədilib


Digərləri 10 Apr 2019 13:20:00 185 0

Komitə sədri: Yataqxanada baş verən yanğın qəsdən törədilib

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb.

Bakı. Ceyhun Ələkbərov - Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. O, qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.