Aygün Kazımovanın gizli saxladığı


Şou-biznes 10 Apr 2019 12:52:00 190 0

Aygün Kazımovanın gizli saxladığı

"Özümə söz vermişəm ki, bundan sonra planlarımı heç yerdə və heç kəsə açıqlamayacağam"

Özümə söz vermişəm ki, bundan sonra planlarımı heç yerdə və heç kəsə açıqlamayacağam. Çünki nəyi açıqlayıramsa, planlarım həyata keçmir.

Son.az bildirir ki, bu sözləri oxu.az-a açıqlamasında xalq artisti Aygün Kazımova deyib. 

Yeni fotosessiya etdirən müğənni hər vəchlə həmin görüntüləri gizlətsə də, fanatlarının yeni fotosessiyadan olan kadrları əldə edərək səhifələrdə paylaşması heç də xalq artistinin ürəyincə olmayıb. Elə bu səbəbdən də məşhur fanatlarını tənbeh edib.

"Yeni fotossesiyamız oldu. Bir neçə obrazlarla kamera önünə keçdim. Bu layihəmdə səbəbsiz deyil. Hamısını yaxın zamanda görəcəksiniz. Fotosessiyadan görüntüləri fanatlarım hər yerə yaydı. Biz onlara xəbərdarlıq edə bilmədik. Bir tək "Instagram"ımın "tarix" bölümündə paylaşmaqla şəkilləri götürüb, yaydılar".