Baş prokuror aprelin 19-da Ucar, Ağdaş və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək


Digərləri 10 Apr 2019 12:33:00 206 0

Baş prokuror aprelin 19-da Ucar, Ağdaş və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək

Baş prokuror Zakir Qaralov cari il aprelin 19-da saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il aprelin 19-da saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.