Qaradağda 4 küçənin təmiri yekunlaşıb (FOTO)


Digərləri 10 Apr 2019 11:54:41 269 0

Qaradağda 4 küçənin təmiri yekunlaşıb (FOTO)

Qaradağ rayonunda təmir-tikinti işləri çərçivəsində artıq 2.2 km uzunluğa malik 4 küçənin 15 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.

Bakı. Qaradağ rayonunda təmir-tikinti işləri çərçivəsində artıq 2.2 km uzunluğa malik 4 küçənin 15 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu, uzunluqları 1.2 km olan rayonun Müşfiqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri, həmçinin 600 metr uzunluğa malik “2-ci massiv” küçəsi, bundan başqa Lökbatan qəsəbəsində 450 metr uzunluğunda olan Seymur Orucov küçəsidir. Sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeni səki daşları düzülüb. Hazırda isə cari təmir işləri Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsində 1.3 km uzunluğa malik 28 may küçəsində, orta təmir işləri isə Lökbatan qəsəbəsinin 700 metr uzunluğa malik Nizami və Musəvi küçələrində aparılır. Cari və orta təmir işləri aparılan ərazinin sahəsi 15 min kv.m-ə yaxındır.