"Bu intiharın arxasında cinayət var" Xalq artisti


Digərləri 10 Apr 2019 11:35:00 207 0

"Bu intiharın arxasında cinayət var"  Xalq artisti

Bir azərbaycanlı, vətəndaş, ana, cəmiyyət adamı və milyonların dilində əzbər "Məktəb illəri" mahnısının bəstəkarı olmağım və ən əsası, vicdanım məni bunları yazmaga vadar etdi. Məktəbdə ölüm baş verib. Şagird intihara sürüklənib. Ya da söyülərək, döyülərək, yuxarıdan yerə atılıb. "Ailəsində problem, psixoloji vəziyyətində problem" ifadələri altında, əslində, bir məktəbin daxili problemləri gizlənir. Uşaq intihar üçün niyə məktəbi seçir? Niyə məktəb uşaqlarına "sus" əmri verilib və niyə valideynlər xəstəxanada ölüm ayağında olan övladın yanına buraxılmayıb?!

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Aygün Səmədzadə sosial şəbəkədə yazıb. Bəstəkar bir neçə gün əvvəl məktəbdə intihar edən və dünyasını dəyişən Elina adlı qızdan yazıb. Səmədzadə məktəb direktorunun şagirdin ünvanına işlətdiyi ifadələrə münasibət bildirərək, onu tənqid edib:

"Məktəb ikinci ailədir, evdir" deyərdilər. "Məktəbdə intihar", "məktəbdə əxlaqsızlıq" , "məktəbdə alver" - kimi yazı başlıqlarına son zamanlar tez-tez rast gəlinir və hamı oxuyur, izləyir, yan keçir. Hər şeyə ötəri baxa bilərsiz, gülüb, istehza edib yan keçə bilərsiz. Uşaq ölümlərindən başqa... Adını intihar, xəstəlik qoysalar belə...

Bu hadisə belə soyuqqanlılıqla yaddaşlardan itə bilməz. İctimaiyyət buna münasibət bildirməlidir. Şəhərin mərkəzində, şəhid Etibar Əliyevin adını daşıyan, Murtuza Muxtarovun inşa etdiyi binada yerləşən 100 yaşlı Azəbaycan məktəbində cinayət baş verib. Bəli, bəli cinayət. Hər bir intiharın arxasında bir cinayət, bir müəmma durur. Susdurmaq cəhdləri varsa, bu, daha bir cinayətdir.