Kapital Bank “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir


Digərləri 10 Apr 2019 10:53:35 178 0

Kapital Bank “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir

9-10 aprel 2019-cu il tarixlərində Frankfurt şəhərində Almaniyanın ən böyük maliyyə qurumlarından olan Commerzbank-ın təşkilatçılığı ilə “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumu keçirilir.

Bakı. 9-10 aprel 2019-cu il tarixlərində Frankfurt şəhərində Almaniyanın ən böyük maliyyə qurumlarından olan Commerzbank-ın təşkilatçılığı ilə “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumu keçirilir. Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edir. Forum dünyanın bütün kapital bazarlarında infrastruktur imkanlarını kəşf etmək, eləcə də investorlarla görüşmək və investisiya imkanlarının genişləndirmək üçün bir platformadır. Tədbir, inkişaf etməkdə olan bazarların qeyri-müəyyənliyinin müzakirəsi, qlobal iqtisadiyyatda müxtəlif investisiya risklərinin nəzərdən keçirilməsi, investisiya risklərinin bölüşdürülməsi mexanizmləri, maliyyə dayanıqlığının təmin edilməsi üçün strateji keçidlərin yaradılması və digər sahələri əhatə edir. Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib: “Maliyyə dünyasının sərhədləri yoxdur – xüsusən Şərq, Qərb, Şimal, Cənub üçün açıq olan Azərbaycan kimi bir ölkədə. Bizim istəyimiz qlobal rəqabətdə aktual qalmaq və dünya iqtisadiyyatının Azərbaycana və regionumuza, o cümlədən qonşu ölkələrə təsir göstərən çətinliklərin öhdəsindən gəlməkdir. Məhz bu kimi tədbirlərdə iştirak etməklə həm xarici həmkarlarımızla fikir mübadiləsi apara, həm də dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübələrini fəaliyyətimizə tətbiq edə bilirik”.