Hadisə yerindən qaçan sürücü həbs edilib


Digərləri 10 Apr 2019 10:56:00 204 0

Hadisə yerindən qaçan sürücü həbs edilib

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bakı. Abşeron rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək istintaqa cəlb olunub. Trend-in xəbərinə görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumatında deyilir ki, aprelin 6-da Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində naməlum avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyada 1987-ci il təvəllüdlü Faiq Həsənovu vuraraq hadisə yerindən qaçıb, F.Həsənov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.