Qırğızıstan daha 7 ölkə üçün vizanı ləğv etdi - SİYAHI


Digərləri 10 Apr 2019 10:37:40 165 0

Qırğızıstan daha 7 ölkə üçün vizanı ləğv etdi - SİYAHI

Qırğızıstan hökuməti aprelin 9-dan 7 ölkə vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi barədə qərar qəbul edib.

Bakı. Qırğızıstan hökuməti aprelin 9-dan 7 ölkə vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, həmin ölkələr Monteneqro, Andorra, Braziliya, San-Marino, Çili, Argentina və Omandır. Həmin ölkələrin vətəndaşları 60 gün vizasız Qırğızıstana getmək imkanı qazanıblar.