Kler Qleydi istefa verib


Dünya 10 Apr 2019 08:52:00 169 0

Kler Qleydi istefa verib

ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsenin ardında onun müavini Kler Qleydi istefa ərizəsini yazıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Kirsten Nilsen deyib. "Nazir müavini vəzifələrini icra edən Kler Qleydi prezidentə sabahdan etibarən istefa barədə ərizə ilə müraciət edib", - deyə Nilsen "Tvitter"də bildirib.

Xatırladaq ki, daha öncə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı Kirsten Nilsen vəzifəsini tərk edib. Nilsen bu barədə özü prezident Donald Trampa müraciət edib.