Masallı və Zaqatalada günərzi mərkəzlər 60-dək uşağa xidmət göstərir (FOTO)


Digərləri 10 Apr 2019 06:30:40 197 0

Masallı və Zaqatalada günərzi mərkəzlər 60-dək uşağa xidmət göstərir (FOTO)

Günərzi mərkəzlər çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışına imkan verir

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən icra olunan sosial xidmət layihələrinin bir istiqaməti də ölkəmizin müxtəlif bölgələrində günərzi mərkəzlərin yaradılmasına yönəlib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazirliyin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan müvafiq layihə çərçivəsində Masallı və Zaqatala rayonlarında da günərzi mərkəzlər yaradılıb. Hər iki mərkəz çətin həyat şəraitində olan 3-12 yaş arası 60-dək uşağı reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edir. Onlardan bir hissəsi sağlamlıq imkanları məhdud olan uşaqlardır.