Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində təmsil olunur (FOTO)


Digərləri 10 Apr 2019 04:36:42 218 0

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində təmsil olunur (FOTO)

Azərbaycan Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (WSIS-2019) təmsil olunur.

Bakı. Azərbaycan Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (WSIS-2019) təmsil olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, sammitdə nazirliyin nümayəndə heyəti iştirak edir. Sözügedən sammit informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün dünyanın illik ən böyük sammitlərindən biridir. İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır. Bu il sammit “Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üçün İnformasiya-Kommunikasiya Texnologiyaları” mövzusunda öz işinə başlayıb və 12 aprel tarixinədək davam edəcək. Məlumat üçün bildirək ki, forum bu il 10-cu ildönümünü qeyd edir.