"Toya hazırlaşıram..." Azərbaycanlı müğənni


Şou-biznes 10 Apr 2019 04:30:00 194 0

"Toya hazırlaşıram..."  Azərbaycanlı müğənni

Leyla Ramazanlı: İnsan gərək şəxsi həyatında rahat olsun ki, yaradıcılığını mükəmməl şəkildə davam etdirə bilsin 

Gənc ifaçı Leyla Ramazanlı subaylığın daşını atır. Belə ki, müğənnin aprelin 12-də tanınmış otellərin birində biznesmen Kamran Aydınovla toy mərasimi baş tutacaq. Son.az bildirir ki, təəssüratlarını "Kaspi"-yə  bölüşən Leyla Ramazanlı subaylığın son günlərini yaşadığını və verdiyi qərardan məmnun olduğunu dedi.    - Kamran Aydınovla necə tanış oldunuz?

- Onun prodakşını var. Burada reklam, klip, fotosessiya və bu kimi yaradıcı işlər görülür. Bundan əlavə, şəxsi biznesi var və uzun müddətdir ki, bu bizneslə məşğuldur. Kamranla elə çəkiliş meydançasında tanış olmuşam. Çox səmimi və mehriban bir insandır. Artıq 7 ildir ki, tanışıq. Ən əsası odur ki, bir-birimizi yaxşı anlayırıq və mənim sənətimə dəyər verir. Yaradıcılığımın ən böyük dəstəkçisidir.    - Sizin bir neçə fotosessiya və kliplərinizdə müəllif olaraq Kamran Aydınovun adını eşitmişik. Ancaq bu münasibətin sevgiyə çevriləcəyi heç kimin ağlına gəlməzdi.

- O mənim 6 klipimin rejissorudur. Təbii ki, sevgi olmasa, bizim münasibətlərimiz evliliyə qədər gəlib çıxmazdı. Aramızda böyük bir sevgi var və bu da dünən yaranan adi sevgi deyil. Hesab edirəm ki, hər bir peşə sahibləri kimi, sənət insanının da gözəl ailəsi olmalıdır. İnsan gərək şəxsi həyatında rahat olsun ki, yaradıcılığını da mükəmməl şəkildə davam etdirə bilsin. Bu baxımdan Kamranın sənətimə hörməti böyükdür və bu mənim üçün çox vacib idi. Çünki çox zaman tanınmış sənətçilərin ailələrindəki qadağalarla rastlaşırıq.    - Nişanlınız sizə hər hansı bir qadağa qoyubmu?

- O mənə heç bir qadağa qoymayıb. Əksinə, mənim bu sənətdə keyfiyyətli və peşəkar səviyyədə addımlamağımı istəyir. Şükür ki, bu cür xüsusiyyət  Kamranda yoxdur. Təbii ki, bundan sonra da yaradıcılığıma davam edəcəm, konsertlərim, tədbirlərim, yeni mahnılarım və kliplərim də olacaq.  Artıq biz onunla həyatımızı birləşdiririk. Uzun müddətdir ki, məni tanıyır və xasiyyətimə də bələddir. Ona görə inanıram ki, bundan sonra da hansısa irad və qadağası olmayacaq.   - Sənətçi ilə ailə qurmağın öz çətinlikləri olur. Belə ki, axşam tədbirləri, el şənlikləri, çəkilişlər və sair. Kamran Aydınov bunu nəzərə alıbmı?

- Təbii ki, ailə qurmaq qərarı verəndə, bütün bunların hamısını bilirdi və bu prosesləri də nəzərə alıb. Bu mövzu ilə bağlı heç bir problemimiz yoxdur.     - Adətən ifaçıların sevgilisi olan kimi, onu sosial şəbəkədə paylaşır, yaxud da kameralara tuş gəlir. Bəs siz bu 7 ildə siz onunla münasibətinizin olduğunu necə gizlədə bilmisiniz?

- Ümumiyyətlə, media nümayəndələri də, ətrafımda olan insanlar da bilir ki, şəxsi həyatımla gündəmə gəlməyi sevmirəm. Buna heç bir şərait də yaratmamışam. Getdikcə bir-birimizin xasiyyətini, həyat tərzini başa düşdükcə gördük ki, biz ikimiz də bir-birimizə çox yaxın insanlarıq. Həyat tərzimiz də, xarakterlərimiz də bir-birinə çox yaxındır və buna görə də həyatımızı birləşdirməyə qərar verdik. Düşünürəm ki, belə olmağı daha gözəldir.   - 7 il bir münasibəti gizlətmək böyük məharət tələb edir.

- (Gürülük) Elədir, sənət dostlarımız tədbirlərdə, konsertlərdə mənimlə Kamranı çox tez-tez görüblər. Onunla bir çox tədbirlərə, xüsusən də rayon tədbirlərinə birlikdə getmişik. Çox zaman yanımda olub. Mən tədbirdə iştirak etmişəm, o isə maşında oturub məni gözləyib.   - Qısqancdır?

- Əslində elə bir qısqanclığı yoxdur. Xarakterimə bələd olduğu üçün buna heç bir əsas da yoxdur.    - Bəzi şou saytları yaradıcılığınızla bağlı təzə bir xəbər olanda, onu saytda yerləşdirməkdən imtina etdikləri halda, son bir ayda evlənməyinizlə bağlı xəbərləri ard-arda verdilər...