Sirri ifşa edən qatil ilə şərik olar


Digərləri 09 Apr 2019 23:50:00 260 0

Sirri ifşa edən qatil ilə şərik olar

Sirr saxlamaq və onu ifşa etməmək - möminin bariz sifətlərindəndir. Hər kim sirr saxlamağı bacarırsa, deməli mömin olmağa layiq insandır. Məsumlarımız (ə) özləri sirr saxlayan olub, bizləri də bu fəzilətli əmələ dəvət ediblər.

İmam Əli (ə) buyurur: "O kəs ki, öz sirrini gizlədər, seçim qüdrəti öz əlində olar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Əli (ə) yenə buyurur: "Sirrini, etimad etdiyin kəsdən başqasına tapşırma".

İmam Əli (ə) buyurur: "Aqilin sinəsi - sirlər sandığıdır".

İmam Sadiq (ə) buyurur: "Sirri ifşa etmək - süqut mənbəyidir".

İmam Əli (ə) buyurur: "Hər kim öz sirrini saxlamaqda aciz olarsa, başqasının sirrini saxlamaqda güclü olmaz".