Bir kəs valideynini incidibsə və o, rəhmətə gedibsə, necə razı salsın?


Digərləri 09 Apr 2019 23:20:00 330 0

Bir kəs valideynini incidibsə və o, rəhmətə gedibsə, necə razı salsın?

Ağvalideyn olmaq dedikdə, övladın ata və anasına əziyyət verməsi, onları dili və rəftarı ilə incitməsi nəzərdə tutulur. Ağvalideyn olmaq "uquq" sözündən götürülmüşdür ki, mənası "kəsilmək" deməkdir. Yəni, ağvalideyn olmaq - onlarla qohumluq əlaqələrinin mənəvi baxımdan kəsilməsi deməkdir. Ona görə də sileyi-rəhmi qət edənlərin aqibəti, artıqlaması ilə ağvalideyn olanlara da şamil edilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ağvalideyn olmağın gətirdiyi ziyanlarla tanış olaq:

- Allahın və Peyğəmbərin (s) qəzəbinə səbəb olar.

- Namazın qəbul olmasına mane olar.

- Tövfiqi aradan aparar və işləri düyünə salar.

- Duası qəbul olmaz.

- Yoxsulluq gətirər.

- Tez ölməsinə səbəb olar.

- Dünya əzabına və qəminə səbəb olar.

- Allah onunla danışmaz.

- Allah ona rəhmət nəzəri salmaz.