Coğrafiya fənninə lazımi diqqət ayrılmır


Digərləri 09 Apr 2019 22:07:00 217 0

Coğrafiya fənninə lazımi diqqət ayrılmır

Milli Elmlər Akademiyasının coğrafiya institutunun şöbə müdiri Nəriman Paşayev hesab edir ki, Azərbaycanın imtahan sistemində coğrafiya fənninə lazımi diqqət ayrılmır. O deyir ki, bu fənnin yalnız II qrupun qəbul imtahanına salınması digər qrupların abituriyentlərinin bu fənnə marağını azaldır. Məsələyə Dövlət İmtahan Mərkəzinin də münasibətini öyrənmişik.

Söhbət coğrafiya fənnindən gedir. Xüsusilə də ali məktəblərə qəbul imtahanlarında bu fənnin yalnız II qrupda saxlanılması şagird və abituriyentlərin coğrafiya fənninə maraqlarını azaldır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun "Azərbaycanın iqtisadi və siyasi coğrafiyası" şöbəsinin müdiri Nəriman Paşayev də mövcud durumdan narahatdır. O deyir ki, bu tendensiya şagirdlərin coğrafi biliklərinin zəifləməsinə səbəb olur. Nəriman Paşayevin fikrincə, bu fənn hər bir uşağın dünyagörüşünün formalaşmasında böyük əhəmiyyətə malikdir. Ona görə də coğrafiya fənni də tarix, riyaziyyat və digər fənnlər kimi öyrənilməlidir.