Həzrət Peyğəmbər özü barədə


Digərləri 09 Apr 2019 21:20:00 223 0

Həzrət Peyğəmbər özü barədə

Həzrət Peyğəmbər (s) özü öz mübarək xüsusiyyətlərini bizə tanıtmış və bu haqda hədislərin vasitəsilə məlumatlar vermişdir.

1. Allahın tərbiyə etdiyidir. Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Mən - Allahın tərbiyə etdiyi və Əli (ə) - mənim tərəfimdən tərbiyə edilmişdir".

2. İlahi rəhmətdir. Həzrət (s) buyurur: "Həqiqətən, mən - hidayət olunan rəhmətəm".

3. İbrahimin (ə) duasının nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: "Mən - Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm".

4. Ən üstün insandır. Həzrət Peyğəmbər (s) buyurur: "Mən - Adəm övladlarının seyyidiyəm". Həzrət (s) başqa yerdə buyurur: "Allah məndən üstün məxluq xəlq etməmişdir. Allah yanında məndən əziz olanı yoxdur".

5. Ən bilikli insandır. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, sizlərin ən biliklisi və ən təqvalısı - mənəm".

6. Rəsulların (ə) rəhbəridir. Həzrət Peyğəmbər (s) buyurur: "Mən - göndərilmişlərin rəhbəriyəm. Mən - peyğəmbərlərin xatəmiyəm. Mən - ilk şəfaət edən və ilk şəfaət olunanam".

7. İlk daxil olandır. Peyğəmbər (s) buyurur: "Mən Allah kitabı və Əhli-Beytimlə (ə) bir yerdə Allaha ilk daxil olanam. O zaman (ümmətim) daxil olacaqdır və ümmətimdən soruşacağam: "Quran və Əhli-Beytimlə (ə) nə etmisiniz?"".