"Xalq bizi sevir, siz heç kimsiniz"


Şou-biznes 09 Apr 2019 19:02:00 264 0

"Xalq bizi sevir, siz heç kimsiniz"

Müğənni Şəbnəm Tovuzlu son günlər gündəmdən düşməyən "bayağı ifaçı" qalmaqalına münasibət bildirib. 

Son.az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi Günay İbrahimli və Samir Cavadzadənin ünvanına sərt sözlər deyib. Şəbnəm bildirib ki, həmkarlarının bu cür açıqlamasını qeyri-etik hesab edir: "Nədir bu yeni oxuyan ifaçılara qarşı olan aqressivlik? Özünü oxumağa, insanlara sevdirməyə çalışıb, sevdirə bilməyənlər nə istəyir? Xalq bizi sevir də, niyə qəbul etmirsiniz? Xalqdan artıq insansınız? Kimsiniz siz? Bir insanı xalq sevir, hər yerdə bizi görmək istəyir, şənliklərinə dəvət edirsə, başqa ölkəyə çağırırlarsa, niyə danışırsınız? Xalqın sevdiyi ifaçını təhqir edir, zövqsüz, bayağı deyirsiniz, siz xalqı da təhqir edirsiniz. Bir görün özünüz hardan gəlmisiz, ortalığa çıxıb iş göstərin. Bir dəfə səhnəyə çıxıb alqış almaqla deyil. İfaçı odur ki, hər dəfə alqış ala, gündəmdə ola. 7 ildir oxuyuram, 5 ildir oxuduğum mahnılarla gündəmdə qalıram. Biri deyir, bayağı mahnı oxuyurlar.  Özünün savadı nələrəsə çatmır, başqasını bəyənmir. Bizi 30 milyon izləyirsə, bəli, bu, xoşbəxtlikdir. Deyir, 30 milyon insan var? Ay Günay xanım, dünyanın hər yerində azərbaycanlı var. Hər yerə də biz gedirik, konsert də veririk, şənlikdə də oluruq. Savadı ora qədərdi ki, bu ifadəni işlədir. Azərbaycan milləti hər yerdə yaşayır.   Samirə gəldikdə... Samir heç normal ifaçı kimi tanımıram. Kamera görən kimi ona-buna söz atırlar, özlərini ağıllı göstərirlər. Şəxsən mənim üçün siz heç kimsiniz. Məni xalq sevir, dolandırır. Haranı açırsan, bizdən danışırlar. Mənim necə insan olduğum haqda siz söz deyə bilməzsiniz. Məni rus, alman dinləmir ki... Qulaq asan azərbaycanlılardır da...  Oxumağa qalsa, bu dəqiqə estrada da, pop da, karifeylərin də ifaların oxuyub göstərərəm. Guya, bunlar elit təbəqədirlər.  İnanın onlarla hardasa üz-üzə gələndə, az qala əlimdən öpələr. Niyə kamera qarşısında yekə-yekə danışırlar. Özünüzə bir baxın, sonra danışın".  Qeyd edək ki, Günay "X maqazin"ə açıqlamasında Şəbnəmlə bağlı suala "Dinləmirəm. Bayağı ifaçıdır" sözlərini deyib.  Samir isə əməkdaşımızla söhbətində bayağı ifaçıları tənqid edib, onları musiqini korlamaqda günahlandırıb.