Elza Seyidcahan Nəsimiyə həsr edilən konsert verəcək “Sənə bənzər”


Şou-biznes 09 Apr 2019 18:54:00 274 0

Elza Seyidcahan Nəsimiyə həsr edilən konsert verəcək  “Sənə bənzər”

Respublikanın əməkdar artisti, ekstravaqant Elza Seyidcahan solo konsertə hazırlaşır.

Son.az xəbər verir ki, sənətçi "Sənə bənzər" adlı proqramı böyük azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsimiyə həsr edib. Konsert  "Nəsimi ili"nə həsr edəcək.

28 aprel ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayda baş tutacaq konsert proqramında özəl hazırlanmış nömrələr, yeni mahnılar səslənəcək.

"Sənə bənzər" adlı kosert proqramında siz tam fərqli canlı ifalar eşidəcək, orkestrın müşayiəti ilə əsl sənət ziyafətinə qonaq olacaqsınız. Təkrarsız səhnə obrazları ilə bizi daima təəccübləndirməyi bacaran Elza, həm gözümüzü, həm də könlümüzü oxşayacaq.