Lənkəranda iki azyaşlı qızı maşın vurdu


Digərləri 09 Apr 2019 18:34:00 210 0

Lənkəranda iki azyaşlı qızı maşın vurdu

Lənkəranda iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Lüvəsər kənd sakini, 11 yaşlı Nərmin Sadiq qızı Adıgözəlova və Bəlləbur kənd sakini, 10 yaşlı  Xeyrənisə Hüseyn qızı Cəfərzadəni maşın vuraraq onlara ciddi xəsarət yetirib. 

Azyaşlılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. X.Cəfərzadə bud sümüyünün çatı və bədən səthinin müxtəlif nahiyələrinin kəsilmiş-əzilmiş yaraları, N.Adıgözəlova isə çanaq sümüklərinin qapalı sınığı diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdirilib. 

Hər iki məktəblinin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az