Müasir Azərbaycanda miqrasiya prosesləri müzakirə edilib (FOTO)


Digərləri 09 Apr 2019 17:33:00 350 0

Müasir Azərbaycanda miqrasiya prosesləri müzakirə edilib (FOTO)

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində miqrasiya məsələlərinə həsr olunmuş seminar keçirilib

Bakı. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində “Müasir Azərbaycanda miqrasiya prosesləri” mövzusunda seminar keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, aparatın şöbə müdiri Faiq Ağayevin, Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai şuranın sədri Azər Allahverənovun, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü, DMX yanında İctimai şuranın katibi Kənan Bağırovun da qatıldığı həmin tədbirdə Liderlik Məktəbinin üzvləri, müəllimlər və valideynlər iştirak ediblər. F.Ağayev çıxış edərək, bu günlərdə qeyd etdiyimiz Aprel Qələbəsi, Azərbaycan Ordusunun bu şanlı tarixi səhifəni yazmasında göstərdiyi şücaəti, soydaşlarımızın işğaldan azad olunmuş doğma ata-baba torpaqları olan Cocuq Mərcanlıya qayıtması, onlar üçün dövlətimiz tərəfindən müvafiq infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən tədbirlər, təşkilatın üzvlərinin Müvəkkil ilə birlikdə həmin qəsəbəyə səfərləri barədə məlumat verib. Həmçinin Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması vurğulanaraq, bunun xalqımız üçün önəmli bir hadisə olması qeyd edilib. O, ölkəmizdə miqrantların hüquqlarının təmini və müdafiəsi istiqamətində görülən işlər, Ombudsmanın bu sahədə çoxşaxəli fəaliyyəti, o cümlədən Dövlət Miqrasiya Xidməti, BMT-nin müvafiq qurumları ilə əməkdaşlığı ilə bağlı ətraflı məlumat verib.