12 partiya maliyyə hesabatını təqdim etməyib - Onlarla bağlı Ədliyyə Nazirliyinə məlumat veriləcək


Digərləri 09 Apr 2019 17:06:00 268 0

12 partiya maliyyə hesabatını təqdim etməyib - Onlarla bağlı Ədliyyə Nazirliyinə məlumat veriləcək

Azərbaycanda 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. Trend-in məlumatına görə, bunu MSK katibi Mikayıl Rəhimov komissiyanın bu gün keçirilən iclasında deyib. M.Rəhimovun sözlərinə görə, hesabat təqdim etməyən siyasi partiyaların 6-nın sədri dünyasını dəyişib. O qeyd edib ki, həmin partiyalardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib: "Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb”. MSK katibi əlavə edib ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin