Ramin Hacılı azadlıqa çıxdı


Digərləri 09 Apr 2019 16:49:00 242 0

Ramin Hacılı azadlıqa çıxdı

Sərhədi qanunsuz şəkildə keçmək istədiyinə görə həbs olunan Ramin Hacılı azadlıq çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, o, bu barədə öz şəxsi "Facebook" səhifəsində bildirb. R.Hacılı azadlıqda olan fotosunu paylaşaraq "azadlıqdayam, hər şey yaxşı olacaq" sözləri ilə bu barədə şərh edib.

Qeyd edək ki, 2018-ci ilin 4 iyun tarixində DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Bala­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Res­pub­likası vətəndaşı - 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona köməklik et­məsini etiraf edib. F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.