Masallıda anti-sanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb (FOTO)


Digərləri 09 Apr 2019 16:40:00 350 0

Masallıda anti-sanitar şəraitdə pendir istehsal edən sex aşkarlanıb (FOTO)

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək.

Bakı. Samir Əli - Qida Təhlükəsizliyi Agentliyinə Masallı rayonu, Qəriblər kəndində anti-sanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Agentlikdən Trend-ə verilən məlumata görə, daxil olan şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib. Monitorinq zamanı Masallı rayonu, Qəriblər kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatının yaxınlığında qanunsuz pendir istehsalı ilə bağlı məlumatlar öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 500 kq pendir, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib.