Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan İrana humanitar yardım göndərəcək


Digərləri 09 Apr 2019 16:42:00 172 0

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan İrana humanitar yardım göndərəcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq.

Bakı. Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür. Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin