Çayın qiyməti bahalaşdı


Digərləri 09 Apr 2019 15:21:29 219 0

Çayın qiyməti bahalaşdı

İranın İqtisad Şurasının qərarına əsasən 1 kq 1-ci dərəcəli çayın qiyməti 20% bahalaşaraq 37,2 min riala (təxminən 0,88 dollar) çatıb.

Bakı. Elnur Bağışov - İranın İqtisad Şurasının qərarına əsasən 1 kq 1-ci dərəcəli çayın qiyməti 20% bahalaşaraq 37,2 min riala (təxminən 0,88 dollar) çatıb. Trend-in məlumatına görə, bunu İranın Çay Təşkilatının sədri Həbib Cahansaz jurnalistlərə verdiyi açıqlamada deyib. H.Cahansazın sözlərinə görə, 2-ci dərəcəli çay isə 21% bahalaşaraq 18,4 min riala (təxminən 0,44 dollar) çatıb.