Bakıda avtoservisdən “Mercedes” qaçırılıb


Digərləri 09 Apr 2019 14:50:41 185 0

Bakıda avtoservisdən “Mercedes” qaçırılıb

Aprelin 8-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta satlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bakı. Aprelin 8-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta satlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 5-ci Polis Bölməsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev həmin avtomobillə birgə Q.Qarayev prospektində saxlanılıb.