Elina intiharı: məktəbdən uzaqlaşdırılan direktorla bağlı yeni iddia


Digərləri 09 Apr 2019 14:45:00 182 0

Elina intiharı: məktəbdən uzaqlaşdırılan direktorla bağlı yeni iddia

8-ci sinif şagirdinin intiharı ilə əlaqədar araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılan Sevinc Abbasova yenidən vəzifəsinə qayıdacaq.

Son.az xəbər verir ki, bu barədə axar.az-a məlumat verən məktəbdəki mənbə bildirib ki, S.Abbasovanın direktorluqdan uzaqlaşdırılması ilə bağlı bu gün iclas keçirilib.

İclası məktəb direktorunu müvəqqəti əvəz edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğlu təşkil edib. Ə.İsgəndərov müəllimləri yığaraq bildirib ki, narahatlığa heç bir əsas yoxdur, S.Abbasova tezliklə vəzifəsinə qayıdacaq.

İclasda müəllimlərə bildirilib ki, S.Abbasova baş verən hadisə və yayılan səs yazısı unudulandan və ara sakitləşəndən sonra yenidən vəzifə başında olacaq. İddia olunub ki, S.Abbasova ən pis halda töhmət alacaq, vəssalam.