ABŞda azərbaycanlı ukraynalı xanımını öldürdü


Dünya 09 Apr 2019 14:21:00 206 0

ABŞda azərbaycanlı ukraynalı xanımını öldürdü

ABŞ-da 23 yaşlı ukraynalı Tatyana Qujva qətlə yetirilib. Hadisə Viskonsin ştatının Uiskonsin-Dels şəhərində baş verib. Aprelin 4-də ukraynalı öz evində ölmüş vəziyyətdə aşkarlanıb. Qətli törətməkdə şübhəli bilinən 31 yaşlı Fuad Paşayev saxlanılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fakty.ua" portalı məlumat yayıb.

Məlum olub ki, son yarım il ərzində T.Qujva bir neçə dəfə ailə-məişət zorakılığı ilə bağlı polisə şikayət edib. Ukraynalı həyat yoldaşının onu döydüyünü, boğmağa çalışdığını, itini öldürdüyünü, hətta onu ölümlə hədələdiyini bildirib.

Yanvar ayında növbəti belə hal baş verən zaman, F.Paşayev polis tərəfindən saxlanılsa da, sonradan girov müqabilində şərti azad edilib.

Aprelin 10-da ailə-məişət zorakılığı maddəsi ilə qaldırılmış cinayət işi əsasında növbəti məhkəmə iclası keçirilməli idi. Hazırda F.Paşayev polis nəzarətindədir. Qujvanın qohumları nəşrə ailə faciəsinin təfərrüatını danışıb.

"Onlar Lvov şəhərində birlikdə oxuyublar, hələ tələbə olanda Birləşmiş Ştatlara köçüblər. 2015-ci ildə "Work and Travel" proqramı əsasında ABŞ-a yollanıb, çox bəyənərək, orada qalmaq qərarına gəliblər. Təxminən bir ildən sonra Paşayevə ərə gedib.

Tanya onun haqqında az danışardı. Bircə bilirəm ki, azərbaycanlı idi, əvvəllər avtomobillərin təmiri ilə məşğul olub. Son zamanlar nə işlədiyini bilmirəm. Tanya bu barədə heç nə danışmırdı.

Sonradan öyrəndim ki, sən demə, Paşayev Tanyadan pul oğurlayıb. Onun bank kartlarından istifadə edib, böyük kreditlərin "altına girib", borcları ödəmək üçün Tanya çox işləməyə məcbur olub. Kredit pullarını hara xərclədiyini indiyə kimi bilmirik. Ona yalan danışıb. Guya onun evində yaşayıblar. Ancaq sonradan məlum olub ki, heç onun öz evi də deyilmiş...

Paşayev onu döyüb, əl-qolunu bağlayıb, qorxu içində saxlayıb. Məncə, ondan çox qorxub", - deyə öldürülmüş ukraynalının əmisi qızı bildirib.