Səkkizinci sinif şagirdi hamilə olduğunu doğuş zamanı öyrəndi


Dünya 09 Apr 2019 14:03:00 226 0

Səkkizinci sinif şagirdi hamilə olduğunu doğuş zamanı öyrəndi

Rusiyada paytaxt məktəblərinin birində oxuyan səkkizinci sinif şagirdi ev şəraitində körpə dünyaya gətirib

.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" yazır.

Nəşrin məlumatına görə, nə 14 yaşlı qızın valideynləri, nə də yeniyetmə özü hamilə olduğunun fərqində olub.

Şagird aprelin 8-də gecə radələrində kəskin qarın ağrılarına görə anasını yuxudan oyadıb. Valideynlər təcili tibbi yardım maşını çağırıb. Yarım saatdan sonra onların qızı 2100 qram çəkidə qız dünyaya gətirib. Gənc ananı və körpəni doğum evinə yerləşdiriblər.