Qanunsuz heyvan kəsimi məntəqələrinin siyahısı yerli icra orqanlarına göndərilir


Digərləri 09 Apr 2019 13:44:00 244 0

Qanunsuz heyvan kəsimi məntəqələrinin siyahısı yerli icra orqanlarına göndərilir

Qida Təhlükəsizliyi Agentliliyi tərəfindən küçələrdə, yol kənarlarında anti-sanitar şəraitdə heyvan kəsiminin qarşısının alınması üçün mütəmadi olaraq bu cür heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıqlar edilir və yol kənarlarında quraşdırılan, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra strukturlarının nümayəndələri tərəfindən sökülür.

Son.az bildirir ki, Bu barədə AQTA-nın mətbuat katibi Aysel Fərziyeva Trend-ə açıqlama verib.

Agentlik və aidiyyəti qurumlar tərəfindən dəfələrlə qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıqların olunmasına baxmayaraq, hələ də bir sıra küçə və məhəllələrdə, yol kənarlarında anti-sanitar şəraitdə heyvan kəsimi fəaliyyətinə rast gəlinir.

Hazırda bu sahədəki mövcud nöqsanların qısa zamanda aradan qaldırılması üçün Agentlik tərəfindən qanunsuz heyvan kəsimi yerlərinin siyahısı hazırlanaraq müvafiq icra strukturlarına, hüquq-mühafizə orqanlarına göndərilir.