Bakıda da bir kəsişmədə sarı kəsişmə toru yaradılacaq


Digərləri 09 Apr 2019 13:46:00 238 0

Bakıda da bir kəsişmədə sarı kəsişmə toru yaradılacaq

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

Paytaxtda yolda "tor quruldu" - Nəqliyyatın kilidlənməsinin qarşısını almaq üçün - FOTO Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.