"Dağlıq Qarabağ məsələsində Azərbaycanın prinsipial mövqeyi Ermənistan tərəfindən də qəbul olunur"


Digərləri 09 Apr 2019 13:48:00 206 0

"Dağlıq Qarabağ məsələsində Azərbaycanın prinsipial mövqeyi Ermənistan tərəfindən də qəbul olunur"

Azərbaycanın xarici siyasət sahəsində uğurları göz qarşısındadır. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi kifayət qədər güclənib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Deputat söyləyib ki, Avropa Parlamenti və Avropa Birliyinin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı öz bəyanatlarını verdilər. Azərbaycanın prinsipial mövqeyi Ermənistan tərəfindən də qəbul olunur.

A.Mirzəzadə qeyd edib ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf gedir. Regionların sosial iqtisadi inkişafı ilə bağlı III Dövlət Proqramı yerinə yetirilib, IV Dövlət Proqramı yüksək göstəricilərlə qəbul edilib.

Deputatın sözlərinə görə, bu ildən başlayaraq, həm müxtəlif struktur islahatlarının keçirilməsi, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir-birinin ardınca proqramların qəbul edilməsi, Prezidentin dövlət başçısı, lider kimi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini göstərir.