İTV “Səs Azərbaycan”ın lisenziyasını aldı


Digərləri 09 Apr 2019 13:35:00 216 0

İTV “Səs Azərbaycan”ın lisenziyasını aldı

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Səs" layihəsinin lisenziyasını aldı.

Son.az xəbər verir ki, İTV "Talpa Global B.V" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədə əsasən, şirkətin əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq.

Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Özünü bu səhnədə görmək istəyənlər öncə qeydiyyatdan keçəcəklər. Uyğun sayılan iştirakçı seçim mərhələsinə dəvət ediləcək və məharətini münsiflər heyətinə göstərməyə çalışacaq.

Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək.