Millət vəkili: Dağlıq Qarabağ məsələsində Azərbaycanın prinsipial mövqeyi Ermənistan tərəfindən də qəbul olunur
Digərləri 09 Apr 2019 13:38:00 174 0
Azərbaycanın xarici siyasət sahəsində uğurları göz qarşısındadır.
Bakı. Elçin Mehdiyev –
Azərbaycanın xarici siyasət sahəsində uğurları göz qarşısındadır. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi kifayət qədər güclənib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Deputat söyləyib ki, Avropa Parlamenti və Avropa Birliyinin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı öz bəyanatlarını verdilər. Azərbaycanın prinsipial mövqeyi Ermənistan tərəfindən də qəbul olunur.
Mənbə: az.trend.az