Putin Trampın bu addımını pislədi


Dünya 09 Apr 2019 13:08:00 219 0

Putin Trampın bu addımını pislədi

Putin ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaqla bağlı qərarına reaksiya verib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaqla bağlı qərarına reaksiya verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxışında söz açıb.

Putin bildirib ki, Moskvanın mövqeyi artıq Rusiya XİN-in bununla bağlı rəsmi bəyanatında göstərilib. Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələri ilə ziddiyyət təşkil edir.