Gürcüstandan Azərbaycana gələn avtomobildə qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlanıb


Digərləri 09 Apr 2019 12:22:03 221 0

Gürcüstandan Azərbaycana gələn avtomobildə qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşın üzərində gizlədilən 1 ədəd "Samsung Galaxy A30", 1 ədəd "Samsung Galaxy M105F" və 1 ədəd "Samsung Galaxy M205F" markalı mobil telefonlar aşkarlanıb.