Taksi sürücüsünü 19 manata görə öldürənlərə ağır cəza


Digərləri 09 Apr 2019 08:38:00 250 0

Taksi sürücüsünü 19 manata görə öldürənlərə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Pərviz Məmmədov 19 il, Rahin Hüseynovla Şamil Bayramovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.