Redmi brendinin flaqman smartfonunun fotoları sızdırıldı


Digərləri 09 Apr 2019 08:25:00 173 0

Redmi brendinin flaqman smartfonunun fotoları sızdırıldı

Xiaomi şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Redmi-nin təmsilciləri çoxdan bəri Snapdragon 855prosessoruna sahib Redmi smartfonu üzərində çalışdıqlarını təsdiqləmişdilər. Lakin sözügedən smartfonun real fotoları hələ indi internetdə ortaya çıxıb. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində Redmi brendinin bilinməyən çərçivəsiz smartfon modelinin fotoları yayılıb. Bu barədə 4pda.ru saytı Slashleaks saytına istinadən xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, yayılmış fotolardan da görmək olar ki, Redmi brendinin flaqman smartfonunun ekranı maksimal dərəcədə nazik və eyni çərçivələrə sahibdir. Smartfon gövdəsinin heç bir hissəsində barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya smartfon ekranına inteqrasiya ediləcək.