Peyk üzərindən internetə çıxış üçün sistem yaradılır


Digərləri 09 Apr 2019 07:41:00 238 0

Peyk üzərindən internetə çıxış üçün sistem yaradılır

"Amazon" şirkəti ucqar regionlarda yaşayan istifadəçilərin peyk üzərindən internetə çıxışı üçün öz sistemini yaratmağa hazırlaşır. Bu haqda "GeekWire" nəşri məlumat verib. Jurnalistlər aydınlaşdırıblar ki, ABŞ Federal Rabitə Komissiyası "Amazon"a məxsus "Kuiper Systems LLC" şirkətinin maraqları naminə radiotezlik və orbitlərdən istifadə üçün Beynəlxalq Telekommunikasiya İttifaqına 3 ərizə təqdim edib.   Son.az ICTnews-a istinadən bildirir ki, sənədlərə görə, sistem müxtəlif orbitlər üzərində yerləşən 3236 aparatdan ibarət olacaq.   "Amazon"un nümayəndələri "GeekWire" nəşrinə bildiriblər ki, "Kuiper" şirkətin layihəsidir.