İran ABŞ SQni terror təşkilatı bəyan edib


Dünya 08 Apr 2019 23:40:00 227 0

İran ABŞ SQni terror təşkilatı bəyan edib

İranın Milli Təhlükəsizlik üzr Ali Şurası ABŞ Silahlı Qüvvələrini öz terror təşkilatları siyahısına daxil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə xəbəri "Press TV" telekanalı öz "Twitter" səhifəsində paylaşıb.

Daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə prezidenti Həsən Ruhanini ABŞ SQ-ni terror təşkilatları siyahısına əlavə etməyə çağırmışdı.