Dünya əhalisinin 50 faizə yaxını keyfiyyətli tibbi xidmətdən məhrumdur


Dünya 08 Apr 2019 23:49:00 231 0

Dünya əhalisinin 50 faizə yaxını keyfiyyətli tibbi xidmətdən məhrumdur

Dünya əhalisinin 50 faizə yaxını keyfiyyətli tibbi xidmətdən məhrumdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu BMT-nın baş katibi Antonio Quterreş Dünya Sağlamlıq Günü ilə əlaqədar etdiyi müraciətində bildirib. Qeyd olunub ki, hər il 100 milyonlarla insan səhiyyə xərclərini öz cibindən ödədikləri üçün dilənçi vəziyyətinə düşüblər.

A.Quterreş hesab edir ki, problemin həlli səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasıdır. O əlavə edib: "Məsələ təkcə səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasından ibarət deyil. Söhbət siyasətdən və daha çox sahələri əhatə edən tədbirlərdən gedir. İnsanların sağlamlığına təsir edən digər amillərə, o cümlədən sosial, iqtisadi və ekoloji cəhətlərə də diqqət yetirilməlidir".