Yağ kömək etməyəcək, naşatır ziyan vuracaq... İlk tibbi yardımla bağlı yayılmış miflər


Digərləri 08 Apr 2019 23:05:00 262 0

Yağ kömək etməyəcək, naşatır ziyan vuracaq...  İlk tibbi yardımla bağlı yayılmış miflər

Həkimə qədər ilk tibbi yardım qaydalarını hər kəs bilməlidir.

Bu insanın sağlamlığı və bəzən hətta  həyatını xilas etməyə kömək edir.

Lakin bəzi yayılmış ilk tibbi yardım "üsulları" zərərçəkmişə yalnız ziyan vura bilər. Son.az saglamolun.az-a istinadən bu yazıda sizi ilk tibbi yardımla bağlı olan ən yayılmış miflərlə tanış edir.

Mif 1. Epilepsiya tutması zamanı xəstənin dişlərini zorla aralamaq, dilini çıxartmaq, ağzına nə isə (dəsmal, qaşıq və s.) salmaq  olmaz!

Xəstəni sadəcə böyürü üstə yerə uzandırmaq və ətrafda olan əşyaları qərağa çəkmək lazımdır ki, tutma zamanı xəstə onlara dəyib zədələnməsin. Bu qədər.

Mif 2. Bayılma zamanı naşatır spirtindən istifadə etmək olmaz!

Bu üsul artıq dünyada çoxdandır ki, istifadə olunmur. Naşatır spirti ağır allergiya, nəfəsalmanın dayanması, burunun selikli qışasının yanığına səbəb ola bilər.