Bu dərmanların heç bir faydası yoxdur! Tanınmış həkim dərmanların "qara siyahısı"nı tərtib edib


Digərləri 08 Apr 2019 22:55:00 230 0

Bu dərmanların heç bir faydası yoxdur!  Tanınmış həkim dərmanların "qara siyahısı"nı tərtib edib

Tanınmış rusiyalı həkim və teleaparıcı, tibb elmləri doktoru Aleksandr Myasnikov öz yeni kitabında faydası olmayan dərmanların siyahısını təqdim edir.

Alimin fikrinə görə, bu dərmnalar yalnız reklam hiyləsidir və onların qəbulu orqanizmə nəinki heç bir müalicəvi təsir etmir, əksinə bəzi hallarda çox ciddi ziyan vura bilər.

Bu dərmanlar hansılardır?

Son.az saglamolun.az-a istinadən bildirir ki, Myasnikovun "qara siyahısı"ı ilə sizi tanış edir:

- hepatoprotektorlar (qaraciyəri bərpa edən preparatlar).  Myasnikovun fikrinə görə, bu dərmanların əksər hissəsi tam faydasızdız və qaraciyərə heç bir müsbət təsir etmir. Əgər qaraciyər artıq xəstədirsə, belə dərmanlar ona hətta ziyan vura bilər.  

- xondroprotektorlar (oynaqları bərpa edən preparatlar). Həkimin sözlərinə görə, belə preparatlar heç bir effekt vermir və bəzi hallarda xüsusilə yaşlı insanlarda ciddi ağırlaşmalara səbəb olur.