UNEC Ege Universiteti ilə əmədaşlığa start verib (FOTO)


Digərləri 08 Apr 2019 20:49:00 206 0

UNEC Ege Universiteti ilə əmədaşlığa start verib (FOTO)

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Ege Universiteti arasında əmədaşlıq müqaviləsi imzalanıb.

Bakı. Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Ege Universiteti arasında əmədaşlıq müqaviləsi imzalanıb. Universitetdən Trend-ə verilən məlumata görə, əsas məqsədi universitetlər arasında ikitərəfli əməkdaşlığı gücləndirmək və qarşılıqlı mübadiləni təmin etmək olan sənədi UNEC rektoru, professor Ədalət Muradov və Ege Universitetinin rektoru, professor Necdet Budak imzalayıblar. Tərəfdaş universitetlər arasındakı əməkdaşlıq akademik və mədəni əlaqələrin təmin edilməsi perspektivləri əsasında həyata keçiriləcək. Bu əməkdaşlıq hər iki universitetdə təqdim edilən bütün sahələrdə təhsil və tədqiqat fəaliyyətlərini əhatə edir. Əməkdaşlıq dairəsinə müəllimlərin və ya tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi, universitetlərin doktorantlarının, müəllim və ya tədqiqatçıların tərəfdaş universitetə qəbulunun həyata keçirilməsi, birgə tədqiqat və tədqiqat nəticələrinin nəşr olunmasına təşviq edilməsi, tələbə mübadiləsi, qarşılıqlı tanınmaya əsaslanan bakalavr və magistratura səviyyələrində ikili diplom proqramlarının həyata keçirilməsi və digər sahələr daxildir. İmzalanma mərasimi zamanı UNEC rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, Ulu öndər Heydər Əliyevin dəstəyi və qayğısı nəticəsində Azərbaycanda təhsilin inkişaf etdirilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sistemini ən müasir səviyyəyə yüksəldiyini qeyd etdi. Əldə edilmiş nailiyyətlərə toxunduqdan sonra UNEC-in ölkədə türk dilində ali iqtisadi təhsil verən yeganə universitet olduğunu bildirən rektor, professor Ədalət Muradov Türk Dünyası İqtisad Fakültəsində həyata keçirilən işlər barədə söz açdı. UNEC-in Rusiya Federasiyasında filiala sahib olan yeganə xarici universitet olduğunu bildirən rektor, Azərbaycan Dövlət İqtisad Universitetinin LSE (İngiltərə), Monpelye (Fransa) kimi dünyaca tanınmış universitetlərin daxil olduğu ikili diplom proqramlarının geniş beynəlxalq şəbəkəsinə sahib olduğunu bildirdi.