32 sənəd sahibini gözləyir


Digərləri 08 Apr 2019 20:07:00 282 0

32 sənəd sahibini gözləyir

Bu günə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin filial və şöbələrində 1272 itirilmiş sənəd qəbul olunub.

Son.az-ın MMC-yə istinadən verdiyi məlumata görə, sahibinə çatdırılan sənədlərin sayı 398, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 842-dir. Hazırda poçt filialları və şöbələrində 32 sənəd sahibini gözləyir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərtilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa, həmin şəxslə əlaqə yaradılır.