Dünya Enerji Şurası Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır (FOTO)


Digərləri 08 Apr 2019 18:23:00 220 0

Dünya Enerji Şurası Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır (FOTO)

Energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb.

Bakı. Energetika naziri Pərviz Şahbazov Dünya Enerji Şurasının regional inkişaf üzrə sədr müavini Oleq Budarqin ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Dünya Enerji Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, texnologiyaların tətbiqi ilə enerji sektorunda qlobal miqyasda baş verən dəyişikliklər və yeni çağırışların müzakirəsi üçün 3 ildən bir keçirilən Dünya Enerji Konqresi ilə bağlı fikir mübadiləsi aparılıb. 1923-cü ildən fəaliyyət göstərən, 100-ə yaxın ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji təhlükəsizlik arasında balansın yaradılmasındakı rolundan bəhs edilib. Bildirilib ki, yanacaq-energetika sekorunun bütün istiqamətlərini özündə birləşdirən qlobal təşkilat kimi Dünya Enerji Şurası enerji ölkəsi kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.